PSJ Qitələrarası Kubokun finalında “Flamenqo” ilə qarşılaşacaq

Bölmə adı Digər turnirlər
Yayımlandı 13-12-2025, 23:37

UEFA Çempionlar Liqasının son qalibi olan PSJ-nin 2025-ci il FIFA Qitələrarası Kubokunun finalındakı rəqibi müəyyənləşib.

Sport1.az xəbər verir ki, həlledici qarşılaşmada Fransa təmsilçisi Braziliyanın “Flamenqo” klubu ilə üz-üzə gələcək. Braziliyalılar yarımfinal mərhələsində Afrika Çempionlar Liqasının qalibi olan Misirin “Piramids” komandası üzərində 2:0 hesablı qələbə qazanıblar.

Görüşün 24-cü dəqiqəsində Leo Pereyra “Flamenqo”nu hesabda irəli çıxarıb. 52-ci dəqiqədə isə sabiq “Yuventus” müdafiəçisi Danilo fərqi iki topa çatdırıb.

Qeyd edək ki, “Flamenqo” 1/4 final mərhələsində Meksikanın “Krus Asul” klubunu 2:1 hesabı ilə məğlub etmişdi. Turnirin qalibi 17 dekabr, çərşənbə günü keçiriləcək final matçında müəyyənləşəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR