
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema DÇ-2026-da oynamaq niyyətindədir.
Sport1.az xəbər verir ki, fransalı forvard bu barədə yerli açıqlamasında danışıb.
37 yaşlı oyunçu Fransa yığmasının heyətində mundialda iştirak etmək istədiyini bildirib.
Qeyd edək ki, Benzema yığmanın heyətində iştirak etdiyi 97 oyunda 37 qol vurub.