"Fənərbağça"nın seriyası davam edir

Bölmə adı Türkiyə
Yayımlandı 3-03-2025, 11:56

Super Liqanın 26-cı turunda "Fənərbağça" "Antalyaspor"la qarşılaşıb.

Sport1.az xəbər verir ki, qarşılaşmada İstanbul təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Bununla da, "sarı-lacivərtlilər" məğlubiyyətsizlik seriyasını 11-ə çatdırıb.

İstanbul nəhəngi 2025-ci ildə heç bir rəqibə uduzmayıb. "Fənərbağça" 11 görüşün 9-da qələbə qazanıb, 2-də heç-heçə edib.

Qeyd edək ki, Joze Mourinyonun komandası sonuncu dəfə 15-ci turda "Beşiktaş"a 0:1 hesabı ilə uduzub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR