Monteneqroda keçirilən 20 yaşlılar arasında şahmat üzrə Dünya Çempionatı başa çatıb. Sport1.az xəbər verir ki, Ayan Allahverdiyeva qadınların yarışında 11 mümkün xaldan 8-ni yığıb və turniri 2-ci pillədə bitirib.
98 qadın şahmatçının iştirak etdiyi çempionatın qalibi rusiyalı Anna Şuxman olub. Çinli şahmatçı Lu Miaoyi isə 3-cü pillədə qərarlaşıb.
Sport1.az