İngiltərənin "Sanderlend" klubunda çıxış edən müdafiəçi Dennis Çirkinin Azərbaycan milli komandasını seçdiyi ilə bağlı iddialar yayılıb.
İngiltərənin “Football Insider” nəşrinin məlumatına görə, 23 yaşlı futbolçu ölkəmizin əsas yığmasında oynayacaq. Bildirilir ki, gənc oyunçu "Tottenhem"in maraq dairəsindədir.
Dublində anadan olan futbolçu İngiltərənin U-21 yığmasında da çıxış edib. Onun atasının Türkiyənin Hatay şəhərindən olduğu bildirilir.
Yayılan xəbərlərlə bağlı
Sport1.az-a açıqlama verən AFFA-nın mətbuat katibi Murad Axundov məsələyə aydınlıq gətirdirdi:
“Dennis Çirkinin Azərbaycan millisinə gələcəyi ilə bağlı yayılan məlumatlar doğru deyil. Belə bir məsələ gündəmdə yoxdur.”
NİHAT KƏRİMLİ
Sport1.az