"Turan Tovuz"un sabiq futbolçusu Firuz Marakvelidze karyerasını Qazaxıstanda davam etdirəcək.
Sport1.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi ölkənin "Ulitau" komandasına keçib. Onunla birillik müqavilə imzalanıb.
Qeyd edək ki, F. Marakvelidze 2022-2024-cü illər mövsümündə Tovuz klubunun formasını geyinib.
Sport1.az