
Misli Premyer Liqasının XIII turunda "Karvan-Yevlax" səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzdu.
Görüşdən sonra qonaqların yarımmüdafiəçisi İbrahim Qədirzadə oyun haqda fikirlərini Sport1.az-a söylədi:
"Matça yaxşı hazırlaşmışdıq. Oyunun çətin keçəcəyini gözləyirdik. "Napoli" səfərindən yorğun gəlmişdilər. Bunu fürsət olaraq görüb xal götürə bilərdik. Çox çalışdıq, bacara bilmədik".
26 yaşlı futbolçu oyunun qırılma nöqtəsini belə vurğuladı:
"Qarabağ"ın ikinci hissədə etdiyi əvəzetmələr matçın taleyini həll etdi. Meydana sonradan daxil olan oyunçuların vasitəsilə müqavimətimizi qırdılar".
Yarımmüdafiəçi komandasının autsayderlər pilləsində olması ilə bağlı bunu söylədi:
"Dəyişikliklər edirik. Yeni baş məşqçimiz də var. Toparlanaraq bu zolaqdan çıxmaq üçün cəhdlər edəcəyik".
MİKAYIL HACIYEV