00:50 23.03.2025 292

"Strateji olaraq dəyişikliklər mənim məsuliyyətimdədir" - Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haitiyə uduzduqları yoldaşlıq oyunundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırdı.

Sport1.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları bildirdi…

Dünən start heyətini müəyyənləşdirdiyinizi demişdiniz. Yuxunuzda bu hesabı görsəydiniz, heyəti dəyişərdiniz?
– Əlbəttə, dəyişiklik edərdim. Komanda məşqlərdə özünü yaxşı göstərirdi. Oyundan sonra çox şey demək olar. Düşünürəm ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. İlk hissədə daha yaxşı oynadıq. Qol imkanlarını dəyərləndirə bilmədik. İkinci hissədə hücum xəttinə oyunçular buraxdım. Cinahdan asmalardan istifadə etmək istəyirdik. Yarımmüdafiədə də dəyişilik etdik ki, intensivlik artsın. İkinci hissənin əvvəlində eynisəviyyəli oyun oldu. İkinci qoldan sonra komanda ruhdan düşdü. Xəyal, Səbuhi meydana daxil olandan sonra hücumda aktiv olduq. Hücumları sonlandıra bilmədik. Uşaqlar çalışdılar.

Adətən 5-li sistem oynadırdınız, bu gün isə 4-lü müdafiəni seçdiniz. Heyətlə bağlı seçimlərinizi nə ilə əlaqələndirə bilərsiniz?
– 5-li sistemlə 2 oyun oynamışıq. Rahili müdafiənin cihanında oynatdıq. O, mərkəzdə və cinahdan oynaya bilir. Elvinə hücumda sərbəstlik vermək istədik. Oyunçularıma inanıram və potensiallarını bilirəm. Ona görə bu sistemlə oynadıq. Əsas heyətdə çıxanlar təcrübəli futbolçulardır. Az oynamalarına baxmayaraq, təcrübələri var. Məşqlərdə özlərini yaxşı göstərirdilər.

Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq oyununda qırmızı vərəqə aldı. Buna necə izah verərdiniz?
– Elvinlə danışdım və bunun yolverilməz olduğunu dedim. Bir şeyə görə oyunçunu öldürə bilmərik.

Gələcəyin komandasını quracağınızı demişdiniz. Amma heyətdə 3 rus, 1 türk futbolçu var. Onların 3-nün yaşı 30-dan yuxarıdır. Bu oyunçularla gələcəyin komandasını quracaqsınız?
– Ozanın 27, Şahruddinin 29 yaşı var. İnkişaf istəyiriksə, təcrübəlilərdən də istifadə etməliyik. Heyətdə gənc oyunçular da var idi.

Qeyri-azərbaycanlıların oynadılmasına qarşıyam…
– Bədavi, Şahruddin çox təcrübəli və güclü oyunçudurlar. Gənclər milliyə gələndə onlardan dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

Belarusla oyunda heyətdə dəyişikliklər olacaq? I Liqadan – “Qəbələ”dən dəvət alan Şahin Şahniyarovu meydanda görəcəyik?
– Növbəti oyunda dəyişikliklər olacaq. Matç istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. İstedadlı oyunçudur. Strateji cəhətdən dəyişikliklər mənim məsuliyyətimdədir. Bugünkü matçda 4-4-1-1 oynamaq istəyirdik alınmadı.

Haitinin üçüncü qolundan sonra azarkeşlər rəqibi alqışladı. Nə vaxtsa da, rəqib azarkeşlər bizi alqışlayacaq və baş məşqçi siz olacaqsınız?
– Əlbəttə, futbolda belə hallar olur. Azarkeşlər də yığmadan qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, alqışlayarlar.

1 ildir, yığmadasınız. Millidə nəyi dəyişə bilmisiniz? Azarkeşləri nə vaxt qələbə ilə sevindirəcəksiniz?
– İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:04

DÇ-2026: Günün oyunları

13:50

Bölgə təmsilçisindən transfer

13:22

"Qarabağ"ın rəqibi qələbə qazandı

13:03

"İmişli"də ayrılıq

12:47

"Sabah"ın rəqibləri bilindi

12:28

AFFA rəsmisinə təyinat

12:02

Salah yenə ön planda

11:50

"Araz-Naxçıvan"dan növbəti transfer - RƏSMİ

11:35

Elvin Cəfərquliyev bağışlandı?

11:02

Lamin Yamal ikinci pilləyə yüksəldi

10:50

“Qəbələ”ni Ermənistan klubuna dəyişdi

10:29

"Liverpul" təklifi qəbul etmədi

10:01

Türkiyə klubu Yankoviç üçün danışıqlara başladı

09:45

Məşhur futbolçu tribuna yatdı

09:20

DÇ-2026: Misirdən qələbə

09:10

Kabo Verde növbəti xalını qazandı

09:00

Belçika İranla heç-heçə etdi

00:47

DÇ-2026: İspaniyadan darmadağın

23:20

Güləşçimizdən Batumidə qızıl medal

21:45

“Qarabağ”dan növbəti transfer

20:49

Boksçularımız Olimpiya ümidləri turnirində 12 medal qazanıblar

19:23

“Neftçi”də iki yeni müqavilə - RƏSMİ

18:18

Taekvondoçumuzdan Avropa çempionatında bürünc medal

16:26

“Sabah”da ayrılıq - RƏSMİ

11:23

Millimiz Portuqaliya ilə üz-üzə gələcək

09:58

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

23:54

Rəşad Sadıqov: “7-8 transfer olacaq”

23:18

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu - FOTOLAR

22:58

DÇ-2026: Niderlanddan darmadağın

22:26

Qurban Qurbanov: “Hər mövqe üçün futbolçularla danışıqlar gedir”

21:58

“İmişli”də yeni təyinat - RƏSMİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ

19:27

I Liqaya yüksəldi - MƏŞQÇİSİ İLƏ YOLLARINI AYIRDI

18:53

“Zirə”dən yeni transfer - RƏSMİ

18:39

Boksçumuz Dünya Kubokunun finalında

18:00

45 milyonluq təklif

17:28

Dünya rekordu yeniləndi

17:20

"Zirə"də ayrılıq

17:07

Vinisius Ronaldinyonu qabaqladı

16:50

"Yuventus"dan transfer

16:36

“Real”ın Olise planı

16:33

“Neftçi” yeni transferini açıqladı

16:06

Türkiyə ilə oyunda rekorda imza atdı

15:50

“Qarabağ” üçün yeni rəqib

15:19

"Barselona" milli üzvünü istəyir

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord

12:02

“Karyeramın ən yaxşı günlərindən birini yaşadım”

11:50

“Cəsarətli və əzmkar olmaq lazımdır“

11:30

96 ildə ən yaxşı nəticə

11:11

Çalhanoğlu üzr istədi

10:45

Montella: “35 illik futbol karyeramda buna çox nadir rast gəlmişəm”

10:30

Ronaldonun bacısından tənqid

10:08

Seneqal millisində böhran

09:53

Türkiyəyə qol vurdu, ən yaxşı seçildi

09:28

Türkiyə millisi növbəti mərhələ şansını itirdi

09:15

DÇ-2026: Braziliyadan üç cavabsız qol

09:00

DÇ-2026: Mərakeşdən qələbə

00:46

Millimiz İsrailə qalib gəlib