İspaniyanın “Barselona” klubunun gənc futbolçusu Lamin Yamal şəxsi həyatı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.Sport1.az xəbər verir ki, 18 yaşlı futbolçu argentinalı müğənni Nikki Nikoll ilə münasibətinə son qoyduğunu açıqlayıb.
Yamal açıqlamasında münasibətlərin qarşılıqlı anlaşma ilə bitdiyini bildirib:
“Artıq birlikdə deyilik. Sadəcə ayrıldıq vəssalam. Heç bir xəyanət söhbəti yoxdur. Yazılanların bizim münasibətimizlə heç bir əlaqəsi yoxdur”.Futbolçunun sözlərinə görə, Milan səfəri zamanı onunla bağlı yayılan “xəyanət” iddiaları da əsassızdır:
“Heç kimə xəyanət etməmişəm, başqa biri ilə olmamışam. Sadəcə həyat yollarımız ayrıldı”.Qeyd edək ki, Lamin Yamal və Nikki Nikollun münasibəti həm idman, həm də şou-biznes mediasında böyük maraqla izlənilirdi. Cütlük bir neçə ay əvvəl birgə paylaşımları və tədbirlərdə iştirakı ilə diqqət çəkmişdi.