
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası XXI tur
30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
30 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
I Liqa XXIV tur
29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun MOİK – “Şahdağ Qusar” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun “Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1).