son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

"Qarabağ"ın bu turnirdə iştirak etməsi bir tarixdir" - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası / Manşet
Yayımlandı 24-10-2025, 12:15

Çempionlar Liqasının əsas mərhələsində 3-cü tur baş başa çatdı.

Sport1.az xəbər verir ki, “Qarabağ” səfərdə “Atletik"lə (Bilbao) ilə qarşılaşdı. Görüşdə ispanlar 2:1 hesablı qələbə qazandılar.

"Qarabağ" bu qarşılaşmada niyə uduzdu? Ağdam təmsilçisində qələbə üçün nə çatmadı? Suallarımızı Füzuli Məmmədova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Oyundan əvvəl, eləcə də müxtəlif vaxtlarda dəfələrlə qeyd etmisik ki, “Atletik" pressinq tətbiq edən klubdur. Onların keçidləri çox sürətli və təhlükəli olur. 90 dəqiqə də onu göstərdi. Təmsilçimiz erkən qol vurduqdan sonra ispanlar topu özündə saxlamaqla ağdamlıları “1-ci zona”da müdafiə olunmağa məcbur etdilər. Baskların xəttlər arası əlaqələri ideal idi və cinahlardan təhlükəli hucumlar qururdular. Ağdamlılar topu ələ keçirərək hücumlar təşkil etmək istəsələr də, rəqibin sürətli pressinqi buna imkan vermirdi. “Qarabağ”ın yaxşı texnika və sürətə malik futbolçularını neytrallaşdırmışdılar. Onu da xüsusi vurğulayım ki, həm ağdamlılar, həm basklar eyni sistemdə, yəni 4-2-3-1 sxemi ilə oynayırdılar. “Atletik” hesabda önə keçmək üçün 60-cı dəqiqədə taktiki dəyişiklik etdi. Onlar 4-4-2 sxeminə keçdilər və bu effektini verdi. Meydan sahibləri iki qol vurmağı bacardılar. "Qarabağ"ın bu tempdə oynaması çətin olsa da, təmsilçimiz hesaba tarazlıq gətirmək üçün irəli atıldı. Lakin oyunda dəyişiklik edə bilmədi. Qurban Qurbanovun komandası məğlub olsa da, sona kimi döyüşdü. Zatən “Qarabağ”ın bu turnirdə iştirak etməsi və özünü yaxşı tərəfdən göstərməsi bir tarixdir".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR