UEFA Avropa Liqasının liqa mərhələsinin II turunda "Fənərbağça" evdə "Ştuttqart"ı məğlub etdi - 1:0. Sport1.az xəbər verir ki, "sarı-lacivərtlilər"in müdafiəçisi Cayden Ostervolde görüşdən sonra açıqlama verib:
"Komanda kimi əla oyun sərgilədik. Azarkeşlərimizlə birgə ailə kimi idik. Planımızı da qurmuşduq, yaxşı işlədi. Uzun müddət zədəli qaldıqdan sonra yenidən əsas heyətə qayıtmaq məni sevindirdi".