"Beşiktaş"ın müdafiəçisi Qabriel Paulista "Konyaspor"la (2:0) oyundan sonra açıqlama verib. Sport1.az xəbər verir ki, braziliyalı futbolçu komandasının qələbəsi haqda bu fikirləri səsləndirib:
"Səfərdə qələbə qazanmaq önəmlidir. Daha vacibi isə, bunu qapımızda qol görmədən etməkdir. Bu gün yaxşı müdafiə olunduq. Rəqibin kimliyindən asılı olmayaraq əlimizdən gələnin ən yaxşısını verməliyik. Yeri gələndə kimi məğlub oluruq, lazım da olanda qələbə qazanırıq. Biz bir yerdə mübarizə aparırıq, fərdi olaraq yox".