son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

"Atletik" "Qarabağ"ı buna məcbur edib - Baş məşqçi AÇIQLADI

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 23-10-2025, 00:50

Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Atletik" (Bilbao) "Qarabağ"ı məğlub etdi - 3:1.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Ernesto Valverde mətbuat konfransında çıxış etdi.

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Erkən qol vurulsa da, sakitliyimi qorudum. Qarşımızda hələ bütün oyun var idi. Matça bir qədər tələsik başladıq. Sanki ikinci qolu birincidən əvvəl vurmaq istəyirdik. Amma epizodlar yaratmağa davam etdik. Bu, həlledici amil oldu. Bir anda nəzarəti itirdik və rəqib cərimə meydançamıza yaxınlaşmağa başladı. Fasiləyə qədər hesabı bərabərləşdirməyimiz vacib idi. Çünki nəticədə geridönüş edə bildik. Bizim üçün qələbə çox önəmli idi. Qollar vurduq və oyunun taleyini dəyişdik. Bu isə Çempionlar Liqasında asan deyil.

"Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik. Cərimə meydançasına yaxın olduğun zaman gərginliyi rəqibə ötürmək lazımdır. Qapımıza vurulan qolda topu oyuna çıxararkən özümüzü çətin vəziyyətə saldıq, bu da hiss olunurdu, qol bir qədər qəribə alındı. Digər epizodda Yuri topu qapı xəttindən çıxardı, bu da bizim üçün çox vacib an idi”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR