son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Qurban Qurbanov Çempionlar Liqasında ilk məğlubiyyət haqda bunları söylədi - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 22-10-2025, 23:33

Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ" səfərdə "Atletik"ə (Bilbao) məğlub oldu - 1:3.

Sport1.az xəbər verir ki, görüşdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis görüşlə bağlı bunları söylədi:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub, saxladılar. Futbolçularımız üçün bu asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir. Məsuliyyət böyüyür".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR