son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Güləşçimiz qızıl medal qazandı, millimiz rekorda imza atdı

Bölmə adı Güləş
Yayımlandı 22-10-2025, 23:27

Serbiyanın Novi Sad şəhərində U23 Dünya Çempionatında bu gün daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sport1.az xəbər verir ki, Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb.

Güləşçimiz U23 Avropa Çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2.
Beləliklə, Elmir karyerasında ilk dəfə Dünya çempionu olub.

Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kq) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabıyla üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.

Yunan-Roma güləşi üzrə yarışın bitməsinə 1 gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb. Belə ki, millimiz ilk dəfə U23 Dünya Çempionatında 2 qızıl medal qazanıb.

Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Müəllif: Sport1.az