UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda "Arsenal" səfərinə yollanan "Atletiko" futbolçuları çətinliklə üzləşiblər.
Sport1.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin oyunçularının "Emirates Stadium"da etdiyi məşqdən sonra isti suyla duş qəbul edə bilməməsidir.
Bununla bağlı stadion işçilərinə məlumat verilsə də, problem aradan qaldırılmayıb və futbolçular otelə qayıtmalı olublar.
La Liqa təmsilçisi bu halı UEFA-ya şikayət edib.