2003-2022-ci illərdə "Çelsi"nin prezidenti olan Roman Abramoviç yenidən klub sahiblənməyi düşünür.
Sport1.az xəbər verir ki, rusiyalı biznesmen bu dəfə Super Liqa təmsilçisi "Qalatasaray"ı almaq istəyir.
Türkiyə mətbuatının məlumatına görə, 58 yaşlı iş adamı İstanbulda ev alıb. Yaxın günlərdə ora köçməyi planlaşdırır.