UEFA Avropa Liqasının liqa mərhələsinin III turu üçün təyinatlar bəlli olub.
Sport1.az xəbər verir ki, "Fənərbağça" - "Ştutqart" görüşünü Yakob Kehletin başçılıq etdiyi Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
FİFA referisinə Lars Hummelqard və Uollenberq Rasmussen kömək edəcək.
Dördüncü hakim vəzifəsi isə Mikkel Redderə tapşırılıb.
Qeyd edək ki, "Fənərbağça" - "Ştutqart" görüşü 23 oktyabr Bakı vaxtı ilə 20:45-də baş tutacaq.