"Beşiktaş" "Fənərbağça"dan icarəyə götürdüyü Cengiz Ünderin taleyinə aydınlıq gətirib.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli futbolçunun performansından razıdır.
Qara qartal mövsüm sonunda 28 yaşlı hücumçunun satınalma bəndini aktivləşdirmək istəyir.
Qeyd edək ki, müqaviləyə görə "Beşiktaş"ın mövsüm sonunda Cengiz Ünderi 6 milyon avroluq almaq seçimi var.