son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Abubakar "Neftçi"yə gəlir - Bu dəfə fərqli hekayə yazılır - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 18-10-2025, 13:33

"Neftçi" azarkeşləri üçün bu xəbər sanki qışın ortasında gələn yaz kimi idi: Vinsent Abubakar “ağ-qaralar”la razılaşıb.

Uzun danışıqlardan, saysız iddialardan sonra nəhayət ki, tərəflər ortaq məxrəcə gəlib. Mətbuatda yayılan məlumatlara görə, kamerunlu hücumçu flaqmandan illik 500 min dollar qazanacaq.

Bəli, bəziləri üçün bu rəqəm çox görünə bilər. Gəlin, etiraf edək: bu, sadəcə maaş deyil, meydanda qol qoxusu almaq üçün ödənən bədəldir.

Hazırda "Neftçi"nin hücum xətti, açığı, susub. Ağadadaş Salyanski, Bassala Sambu və Alessio Kurci – bu üçlüyün cəmi 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalması böyük komanda üçün qəbul edilməzdir.

Belə bir vəziyyətdə Abubakarın gəlişi təkcə taktiki güc deyil, həm də ruh yüksəkliyi deməkdir. O, meydanda tək topa deyil, azarkeşin ümidinə də toxunan futbolçudur. "Porto"da, "Beşiktaş"da qollar vuran Abubakar indi Premyer Liqada bombardir olmaq oynayacaq.

Unutmayaq, “Neftçi”yə ulduz oyunçu 2021-ci ildə də gəlmişdi – Keysuke Honda. Onun transferi o vaxt komandaya həm oyun, həm də inam gətirmişdi. Nəticə? Mövsüm çempionluqla bitdi.

Bu dəfə isə daha fərqli hekayə yazılır. Abubakar təcrübəsi, xarakteri və lider ruhu ilə “Neftçi”ni yenidən zirvəyə qaldıra bilər. Bəlkə də "Neftçi Arena”da vurduğu qollar yenidən tribunaları coşdurar.

Əlbəttə, söyləntər də olacaq. “Yaşı keçib”, “motivasiyası yoxdur” deyənlər tapılacaq. Amma futbolda yaş deyil, istək oynayır. Abubakar hələ də meydanda can qoyan oyunçudur. Onun baxışlarında klassik afrikalı futbolçulara xas döyüş ruhu var — bir az Didye Droqbadan, bir az Samuel Etodan miras qalan. O ruh “Neftçi” forması ilə yükləyə bilsə, bu liqanın bombardiri çoxdan bəllidir.

HÜSEYN RƏŞADOĞLU

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR