"Neftçi"nin futbolçusu Rza Cəfərov jesti ilə diqqət çəkib.Sport1.az xəbər verir ki, millimizin üzvü məşqçisinə maşın hədiyyə edib.
Qolkiperi futbol müəllimi Elxan Ağayevə "Hyundai Elantra" markalı avtomobil bağışlayıb.
Qeyd edək ki, minik vasitəsinin yenisinin hazırkı dəyəri 22-31 min dollar civarındadır.
Maraq üçün bildirək ki, Elxan Ağayev hazırda "Neftçi-2"də çalışır. Məşqçi Rza Cəfərovun yetişməsində böyük pay sahibi olub.