"Kayrat"ın yetirməsi, "Xan-Tenqri"nin şərəfini qoruyan Dias Toleu dünyasını dəyişib.
Sport1.az xəbər verir ki, 19 yaşlı futbolçu Qazaxıstan I Liqasının 25-ci turunda "Ekibastuz"la qarşılaşmada anidən huşunu itirərək yerə yıxılıb.
Meydandan xərəkdə çıxarılan gənc oyunçunun ölüm xəbərini Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti yayıb.