Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis çalışdırdığı yığmanın Dünya Çempionatına vəsiqə qazanmasından sonra bu fikirləri səsləndirdi:
“Seçmə mərhələni uğurla tamamladıq. Mundiala hazırlaşmaq üçün yetərincə vaxtımız var. Hələ ki, hər şey planlaşdırdığımz kimidir. Ən son 2022-ci ildə bu kuboku qazanmışdıq. 24 illik həsrətə son vermək istəyirik”.