Mövsüm sonu “Əl Hilal” ilə müqaviləsi başa çatan Sergey Milinkoviç-Saviçlə bir neçə Avropa klubu yaxından maraqlanır.
Sport1.az xəbər verir ki, Serbiya millisinin üzvü ərəblərlə sözləşmə yeniləmək üçün razılığa gələ bilmir.
30 yaşlı futbolçu ilə “Çelsi”, “Mançester Siti” və “Yuventus” maraqlanır.
Maraq üçün bildirək ki, Türkiyə nəhəngləri “Qalatasaray” və “Fənərbağça” da Sergeyi heyətinə qatmaq istəyir. Hətta “Qalatasaray”ın qışda futbolçu üçün hərəkətə keçəcəyi bildirilir.