Mövsüm sonu “Fənərbağça” ilə müqaviləsi bitən Anderson Talişkanın taleyinə aydınlıq gəldi.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı futbolçu ilə sazişi yeniləməyəcək.
Buna səbəb olaraq oyunçunun yüksək maaş tələbləri olub.
Qeyd edək ki, Talişka “Fənərbağça” forması ilə çıxdığı 35 oyunda 15 qol və 3 məhsuldar ötürməyə imza atıb.