"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın "Tvente" klubunda təcrübədə olub.
Sport1.az xəbər verir ki, mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də "Tvente" akademiyasının məşqlərini izləyib.
O, komandanın baş məşqçisi Con van den Brom, klubun inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar, həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb.
Qeyd edək ki, Vaqif Cavadov 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib.