SON DƏQİQƏ
Sloveniyanın “Koper” klubunda çıxış edən Yosip İliçiç "Atalanta"nın 2019/20 mövsümündə Çempionlar Liqasındakı çıxışını xatırlayıb.
Sport1.az xəbər verir ki, təcrübəli futbolçu həmin vaxt yaşadığı çətinliklərdən söz açıb:
“Bir çox insan mənə deyir ki, COVID, depressiya və bütün bu hadisələr olmasaydı, harada olardın? Bilmirəm, bəlkə də Çempionlar Liqasının finalına çıxardıq".
Qeyd edək ki, “Atalanta” həmin mövsüm 1/4 finalda PSJ-yə uduzaraq mübarizəni dayandırmışdı.