“Yuventus” braziliyalı müdafiəçi Qleison Bremerin zədələnməsindən sonra Avropada yeni futbolçu axtarışına çıxıb.Sport1.az xəbər verir ki, Milan təmsilçisi "İnter”in sabiq müdafiəçisi Milan Şkrinyarı transfer etmək istəyir.
Hazırda "Fənərbağça"da çıxış edən slovakiyalı İtaliyaya qayıtmaq niyyətindədir.
Qeyd edək ki, müdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində 14 qarşılaşmada meydana çıxıb. Futbolçu bu görüşlərdə 1 dəfə fərqlənib.