son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

"Qarabağ" bu göstəricidə Avropada birincidir

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 21-02-2025, 10:39

Avropada ən uğurlu əvəzetmə edən komandaların siyahısı bəlli olub.

Sport1.az xəbər verir ki, cədvələ Azərbaycan klubu "Qarabağ" başçılıq edir. Ağdam təmsilçisinin əvəzetmədən meydana çıxan futbolçuları cari mövsüm 17 qola imza atıblar. Bununla Qurban Qurbanovun başçılıq etdiyi kollektiv ehtiyat qüvvəsi 16 dəfə fərqlənən “Srvena Zvezda” (Serbiya) və “Seltik”i (Şotlandiya) geridə qoyub. 4-cü pillədəki “Ayaks” isə Niderland çempionatında 15 dəfə əvəzetmələrinin qoluna sevinib.

“Qarabağ”da sonradan meydana daxil olanlar arasında ən çox qol vuran futbolçu Leandro Andradedir. Onun hesabında 4 qol var. İkinci sıradakı Abdullah Zubir 3 dəfə ikinci hissədə mübarizəyə qoşularaq fərqlənib. Aleksey Kaşuk və Redon Cica hərəyə 2 dəfə Qurban Qurbanovun əvəzləməsini doğruldub.

Digər qollar isə Olavio Juninyo, Musa Qurbanlı, Elvin Cəfərquliyev, Yassin Benzya, Kadi Borqes və Nəriman Axundzadənin hesabındadır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR