SON DƏQİQƏ
“Yuventus”un ulduz futbolçusu İstanbul nəhənglərinin “radarı”na düşüb.
Sport1.az xəbər verir ki, “Qalatasaray” və “Fənərbağça” Duşan Vlahoviç ilə maraqlanır. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Serbiyalı hücumçunun “qoca sinyora” ilə 2026-cı ilin iyununa qədər müqaviləsi mövcuddur.
25 yaşlı oyunçunun icarəyə götürülməsi ehtimalı yüksək görünür.
Qeyd edək ki, Vlahoviç 2024/25 mövsümündə Turin klubunun forması ilə 38 oyuna çıxıb və 14 qola, 5 məhsuldar ötürməyə imza atıb.