son dəqiqə SON DƏQİQƏ

Vlahoviç İstanbul nəhənginin təklifini rədd etdi

Bölmə adı Türkiyə
Yayımlandı 25-02-2025, 12:12

Türkiyənin "Fənərbağça" klubu "Yuventus"un üzvü Duşan Vlahoviçi transfer etmək istəyib.

Sport1.az xəbər verir ki, bu barədə məlumatı "Tuttosport" nəşri yayıb. İnformasiyaya görə, serbiyalı forvard təklifi rədd edib. 25 yaşlı hücumçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istədiyini bildirib.

İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo da oyunçu ilə danışsa da, Vlahoviç qərarından dönməyib.

Qeyd edək ki, forvard bu mövsüm "Yuventus"un heyətində 31 qarşılaşmada 14 qol vurub, 2 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az