"Beşiktaş" "Lester"in müdafiəçisi ilə maraqlanır

Bölmə adı Türkiyə
Yayımlandı 14-10-2025, 12:55

Müdafiədə problemlər yaşayan "Beşiktaş" bu mövqeyi gücləndirmək niyyətindədir.

Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi "Lester"in şərəfini qoruyan Vout Faes ilə maraqlanır.

"Ağ-qaralar" belçikalı futbolçu üçün yayda rəsmi təklif etməyi planlaşdırır.

Bundan öncə "tülkülər"dən Vilfred Ndidini transfer edən "qara qartal"ın İngiltərə təmsilçisi ilə yaxşı münasibətləri var.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR