son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Yetər ki, sapı özümüzdən olan baltalar mane olmasınlar - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 14-10-2025, 10:56

Dünən milli komandamızın səfərdə Ukrayna ilə oyunu hamımızı təəccübləndirdi.

Səbəbi sadədir: De Byazi və Santuş dönəmlərində yığmamızda nə motivasiya var idi, nə də baxımlı oyun.

Ayxan Abbasovun gəlişindən sonra isə hər şey tam fərqli istiqamət aldı. Komandamız son üç qarşılaşmada yerli mütəxəssisin rəhbərliyi altında meydana çıxıb. Bu oyunlardan cəmi bir xal qazansa da, həm AFFA-ya, həm də azarkeşlərə göstərdi ki, düzgün qərar verilib. Amma bir qədər zamana ehtiyac var.

Düzdür, milli Ukrayna ilə oyunda 2:1 hesabı ilə məğlub oldu. Amma komanda meydanda iradə və döyüş ruhu nümayiş etdirdi. Abbasovun qısa müddətdə yığmamıza aşıladığı əzmkarlıq, inam və kollektiv oyun son illərin ən yaxşısıdır.

Yadımdadır, Santuş rəhbərliyində həm oyunçular, həm də azarkeşlər nəticənin məğlubiyyətlə bitəcəyini əvvəlcədən bilirdilər. Az fərqlə uduzmağa ümid edirdik. İndi isə meydanda qalib gəlmək istəyən bir kollektiv görürəm.

Deməli, cənablar, milyonlarla vəsait xərcləyib tanınmış məşqçiləri gətirməklə uğur qazanmaq mümkün deyil. Yohan Kroyffun bir məşhur kəlamına bir qədər dəyişiklik etmək istəyirəm:

“Bir çanta dolu pulun komanda idarə etdiyini də görməmişəm.”

AFFA Ayxan Abbasova etimad göstərsə və çox yox, 2-3 il səbirli olsa, niyə də Azərbaycan millisi Farer Adaları və ya Kabo-Verde kimi Dünya Çempionatında, yaxud Gürcüstan kimi Avropa Çempionatında iştirak etməsin?

İstəsək və çalışsaq, hər şeyə nail ola bilərik. Yetər ki, sapı özümüzdən olan baltalar mane olmasınlar...

HÜSEYN RƏŞADOĞLU

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR