son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Azərbaycanı məğlub edən Ukraynanın baş məşqçisi xoşbəxtdir - MÜSAHİBƏ

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 14-10-2025, 01:13

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna Azərbaycanı məğlub etdi - 2:1.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Xoşbəxtəm ki, bu cür nəticə əldə etdik. Özünüz gördüyünüz kimi ciddi oyun gedirdi. Hər iki komanda qalibiyyət istəyirdi. Amma biz qalib gəldik. Beş oyunçumuz matçda yox idi. Azərbaycanı udmaq bizim üçün çətin oldu. Oyunçuların çoxu yox idi. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq".

- Nəyə görə Ukrayna Azərbaycana qarşı çətinlik çəkir? Həm Bakıda çətinlik çəkdiniz, həm də Polşadakı matçda. Axı Krakoviya stadionunun meydançası daha yaxşı səviyyədə idi. Halbuki Ukrayna mətbuatı iddia edirdi ki, Bakıda qalib gələ bilməməyinizin səbəbi ot örtüyü idi...
- Fikirləşmirəm ki, Azərbaycan zəifdir. Belə sözü də heç vaxt deməmişəm. İslandiya ilə oyunda göstərdiyiniz nəticə sizin gücünüz deyildi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdılar. Öz futbolçularımızla söhbət aparmışdıq.

- İslandiya - Fransa matçında heç-heçə qeydə alındı. Düşünürsüz ki, Ukrayna qrupda birinci yeri tuta bilər?
- Beş futbolçumun zədədən qayıtmasını gözləyirəm. Ukrayna millisi həmişə qələbəyə köklənir və qələbə qazanır. Gözləyirik ki, zədəlilərimiz qayıtdıqdan sonra daha da gözəl nəticələr qazanacağıq.

- Son iki matçda qalib gəldiniz. Özünüzü necə hiss edirsiniz?
- Jurnalistlərdən xoş şərhlər eşitmək xoşuma gəlir. Ona görə sizi sevindirməyə çalışacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR