son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Alfonso Devis: “Tez yox, təhlükəsiz şəkildə qayıtmaq istəyirəm”

Bölmə adı Almaniya
Yayımlandı 13-10-2025, 19:57

“Bavariya”nın müdafiəçisi Alfonso Devis sağ dizində çarpaz bağının yırtılmasından sonra bərpa prosesindən keçməsi barədə danışıb.

Sport1.az xəbər verir ki, kanadalı vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, hazırda bərpa prosesinin uğurla getdiyini bildirib:

“Yaxşı qaçıram və məşq edirəm. Sağ ayağımda bir az əzələ kütləsi toplamalıyam. Həkimlər zədədən sonra bərpa müddətinin uzun olacağını deyəndə, ‘Vay, bu, uzun bir yol olacaq", - deyə düşündüm. Amma indi hər şey yaxşı görünür.”

Devis qeyd edib ki, zədələr futbolda qaçılmazdır və əsas məqsəd sağlam şəkildə geri dönməkdir:

“Kədərlənmək, şikayətlənmək və ya özünə yazığı gəlmək üçün heç bir səbəb yoxdur. Bu cür zədələr idmanın bir hissəsidir. İndi edə biləcəyim yeganə şey geri qayıtmaq üçün mübarizə aparmaqdır — tez yox, mümkün qədər təhlükəsiz şəkildə. Ümid edirəm ki, bu, bir daha təkrarlanmayacaq.”

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR