Reşford zədələndi

Bölmə adı İspaniya
Yayımlandı 6-10-2025, 23:33

"Barselona"nın futbolçusu Markus Reşford zədələnib.

Sport1.az xəbər verir ki, 27 yaşlı hücumçu "Sevilya"ya uduzduqları (1:4) La Liqanın 8-ci turunun oyununda sıradan çıxıb.

İngiltərəli forvard matçın sonlarında zədə alıb. Onun durumu haqda hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Reşford bu mövsüm "Barselona"da 10 oyuna 3 qol vurub, 5 qol ötürməsi edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR