"Onun performansında olan yüksəliş açıq-aşkar görünür" - AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı 31-08-2026, 11:37

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının "Zirə" - "Neftçi" matçını (1:0) stadiondan canlı izləyib.

Mütəxəssis matçdan sonra Sport1.az-a açıqlamasında hər iki komandanın yerli futbolçularının çıxışından söz açdı:

"Həm "Zirə"nin, həm də "Neftçi"nin heyətindəki yerli futbolçular yaxşı çıxış etdilər. Əlbəttə, bizi qane edənlər və etməyənlər olacaq. Nə qədər çox yerli futbolçu oynasa, biz də sevinərik".

Çalışdırıcı Polşada "Rakuv"un formasını geyinən Mahir Emrelinin çıxışı barədə də fikirlərini bölüşdü:

"Onun performansında olan yüksəliş özünü açıq-aşkar göstərir. Mahirin potensialına bələd idik. Millinin ən ağır matçlarında ona şans vermişdik. Bilirdik ki, o, tapşırıqlarımızın öhdəsindən gələcək".

Ayxan Abbasov legioner həyatı yaşayan digər oyunçularımız haqqında da danışdı:

"Toral Bayramovun da çıxışı pis deyil. Rüfət Abdullazadənin İsrail çempionatında, Nərimanın Türkiyə Super Liqasında oyunlarını izləyirik. İnanıram ki, onların hamısı millinin düşərgəsində yaxşı formada olacaqlar".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR