son dəqiqə SON DƏQİQƏ
"Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb

Sona Ağayevadan tarixi üçüncülük

Bölmə adı Digər
Yayımlandı Bu gün, 10:59

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Boccia üzrə Dünya Çempionatı başa çatıb.

Sport1.az xəbər verir ki, Azərbaycanı BC2 kateqoriyasında təmsil edən paralimpiyaçımız Sona Ağayeva qrup mərhələsində slovakiyalı Nina Melicherova üzərində qələbə qazanıb, İndoneziya təmsilçisi Gischa Zayana ilə görüşdə isə məğlub olub.

Bu nəticələrə əsasən, qrup mərhələsini ikinci pillədə başa vuran idmançımız növbəti mərhələyə yüksəlib.

Sona Ağayeva 1/8 finalda dünya reytinqində 7-ci pillədə qərarlaşan Böyük Britaniya təmsilçisi Kayleigh Brown, 1/4 finalda isə dünya reytinqində 8-ci pillədə yer alan çexiyalı Jirina Kreibichova üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinalda son Paralimpiya çempionu portuqaliyalı Cristina Gonçalves ilə qarşılaşan Sona Ağayeva məğlub olub.

Bürünc medal uğrunda görüşdə isə dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyoung Choi üzərində qələbə qazanan idmançımız turnirin bürünc medalına sahib olub.

Bu nəticə boccia idman növündə Azərbaycan paralimpiya hərəkatının Avropa və Dünya Çempionatlarında qazandığı ilk medal kimi tarixə düşüb.

Seulda keçirilən yarış Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR