son dəqiqə SON DƏQİQƏ

"Özümü daha da inkişaf etdirəcəm" - Millimizin bombardiri

Bölmə adı Futbol
Yayımlandı 4-10-2025, 17:19

"Çox yaxşı oyun göstərdik və sona qədər mübarizə apardıq. Üstünlüyü ələ keçirmişdik, amma sonda istəyimiz alınmadı".

Sport1.az xəbər verir ki, bunu Azərbaycanın U-16 yığmasının futbolçusu Əli Bəşirov III MDB Oyunlarının finalında Rusiyaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında dedi.

Qarşılaşmada "dubl" edən 15 yaşlı sol cinah yarımmüdafiəçisi yeniyetmə yaşında bu cür nüfuzlu turnirin həyəcanını yaşamağı özü üçün dəyərli saydı:

"İnanıram ki, bunun ardı gələcək. Özümü daha da inkişaf etdirəcəm və bununla fəxr edirəm".

Qeyd edək ki, milliyə "Qarabağ"dan dəvət alan Əli Bəşirov III MDB Oyunlarında ümumilikdə 4 qol vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR