son dəqiqə SON DƏQİQƏ

Belarus MDB Oyunlarında bürünc medalın sahibi oldu

Bölmə adı Futbol
Yayımlandı 3-10-2025, 15:55

Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.

Sport1.az xəbər verir ki, bu gün Qəbələdə daha bir futbol matçı baş tutub. 3-cü yer uğunda qarşılaşmada Belarus və Tacikistan milliləri üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan görüşdə avropalılar 2:0 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə Belarus MDB Oyunlarının bürünc mükafatına sahib çıxb.

Qeyd edək ki, final matçı sabah Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR