son dəqiqə SON DƏQİQƏ

Özbəkistan MDB Oyunlarında 5-ci oldu

Bölmə adı Futbol
Yayımlandı 3-10-2025, 14:40

Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.

Sport1.az xəbər verir ki, bu gün Qəbələdə daha bir futbol matçı baş tutub. 5-ci yer uğunda qarşılaşmada Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan görüş Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bu gün bürünc medal uğunda matçda Belarus və Tacikistan milliləri üz-üzə gələcək.

Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR