son dəqiqə SON DƏQİQƏ

Luis Enrike: "17-18 yaşlı uşaqlarla oynadıq"

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 2-10-2025, 15:33

UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda "Barselona" PSJ-ni qəbul edib.

Sport1.az xəbər verir ki, qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatdı.

Oyundan sonra Paris təmsilçisinin baş məşqçisi bunları söylədi:

"Barselona" kimi rəqibə qarşı panikaya düşməmək çox çətindir. Lakin komandamız belə vəziyyətə uyğunlaşmağı bacarır. Bunu ötən mövsüm də gördük. Bu gün 17-18 yaşlı uşaqlarla Kataloniyalıları məğlub etdik. Bu fantastikadır. Bu mövsüm də özümüzə güvənirik.

Qeyd edək ki, dünənki qarşılaşmada PSJ-nin əsas ulduzları Kvaratsxeliya, Dembele, Due və Markinyos zədə səbəbilə iştirak edə bilməmişdi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR