son dəqiqə SON DƏQİQƏ
"Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri

“Liverpul”dan öndəyik, bu, möcüzədir” - Tahir Gözel

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 2-10-2025, 10:32

“Bu möhtəşəm qələbəni əziz xalqımıza, şəhidlərimizə və qazilərimizə həsr edirəm. Bu, əsl zəfərdir”.

Sport1.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri bildirib ki, bu uğur Azərbaycanın adını daha da ucaldacaq: “Artıq inanıram ki, bu gündən etibarən bütün dünya “Qarabağ”dan danışacaq. Bu oyun bir daha sübut etdi ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi. “Qarabağ” öz oyun üslubu ilə Avropa klubları arasında seçilən komanda olduğunu göstərdi və artıq özünü sübut edib. İnşallah, bundan sonrakı görüşlərdə də “Qarabağ” Azərbaycanın adını zirvələrə ucaldacaq. Mənim prezident kimi gözləntim odur ki, futbolçular hər oyuna canlarını qoyaraq çıxsınlar. Əlimizdən gələni edək və adımızı ən yüksək zirvələrə qaldıraq”.

Tahir Gözəl komandanın turnir cədvəlindəki mövqeyinə də toxunub: “Bu, bir möcüzədir. Hazırda turnir cədvəlində 4-cü yerdəyik və “Liverpul”dan öndəyik. Bu, həqiqətən tarixi bir andır. Hesab edirəm ki, bir qələbə və bir heç-heçə də olsa, “Qarabağ” ilk 24-lüyə daxil olub, bəlkə də növbəti mərhələyə yüksələ bilər”.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR