son dəqiqə SON DƏQİQƏ
Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb

Mourinyo: “Qarabağ”a məğlubiyyətdən sonra evdən çıxmaq istəmirdilər”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 1-10-2025, 11:32

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Benfika” Londonda “Çelsi”yə uduzub (0:1). Bu, Portuqaliya təmsilçisinin cari mövsümkü yarışda ardıcıl ikinci məğlubiiyyəti olub. Lissabon komandası ilk turda evdə “Qarabağ"la matçda da xal itirmişdi (2:3).

Sport1.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, “Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi” ilə matçdan sonra “Sport TV”yə müsahibəsində deyib:

“Açıq danışacağam, necə oynamağından asılı olmayaraq, məğlubiyyət yenə də məğlubiyyətdir. Mən bu həqiqəti oyunçularımdan gizlətmək istəmirəm. Amma uduzmağın da fərqli formaları var. Elə məğlubiyyət var ki, ertəsi gün evdən çıxmağa utanırsan, bir də var ki, oyundan müsbət şeylər götürürsən. Biz güclü komandaya qarşı bərabər səviyyədə oynadıq. Nəticə başqa cür də ola bilərdi. Az vaxtda məşq etməyimizə baxmayaraq, müsbət çox şey oldu. Bu, indiyədək ən yaxşı oyunumuz idi – komanda sabit və təşkilatlanmış idi”.

Jurnalistin “Komanda azarkeşlərin inamını geri qazanırmı?” sualına Mourinyo belə cavab verib:

“Biz bunu yalnız yaxşı nəticələrlə edə bilərik. “Qarabağ”la oyundan sonra futbolçular ertəsi gün evdən çıxmaq istəmirdilər. Amma sabah “Avenida da Liberdade”də şam yeməyinə getsələr, heç kim onları təhqir etməyəcək. Məncə, bu, müsbət haldır. Mən nəticə yönümlü insanam, uduzmaq uduzmaqdır, amma dediyim kimi, uduzmağın da müxtəlif formaları var”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR