son dəqiqə SON DƏQİQƏ
Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb

“Qalatasaray” çox ağıllı oynadı” - Slot

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 1-10-2025, 12:11

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qalatasaray"a 0:1 hesabı ilə uduzduqları matçı haqqında danışıb.

Sport1.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

"Yenə məyus olduq. Biz "Kristal Pelas"a qarşı matçdakından fərqli olaraq, həm topla, həm də topsuz oynadıq. İlk hissədə çox yaxşı mübarizə apardıq və 1:0 hesabı ilə önə çıxmaq üçün əla fürsət əldə etdik. Birinci hissədə çox yaxşı fürsətlərimizin olduğunu gördüm, ikinci hissədə isə daha az. Fasilədən sonra topun çox oyunda olduğunu düşünmürəm.

Bəzən penalti kimi situasiyalarda rəqibimizi bir az qabaqlamağı bacarırıq və buna görə Dominik Szoboszlani qınaya bilmərəm. Rəqib 20 faizlik penalti şansını 100 faizə çevirdi. Onlar çox ağıllı idilər. Keçən mövsümdə olduğu kimi, hər şeyi həll edən kiçik epizodlardır. Artıq ikinci dəfədir ki, belə xırda nüanslar bizim yolumuzu kəsir”.

O, Türkiyə klubuna qarşı oynamağın çətin olduğunu etiraf edib: "Biz ötən mövsümdəki oyun səviyyəmizdən o qədər də uzaqda deyilik. Bu nəticələr cədvəldə özünü göstərir. "Qalatasaray"la matç isə həqiqətən də çətin idi. İndi bizi "Çelsi" ilə gərgin oyun gözləyir".

Qeyd edək ki, sözügedən görüşdə yeganə qolu “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR