son dəqiqə SON DƏQİQƏ
Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb

"Qarabağ"la görüşdə 3 xal qazansaydıq, bu, başlanğıc nöqtəsi ola bilərdi"

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 30-09-2025, 19:26

Çempionlar Liqasının əsas mərhələsinin yeni formatı haqda danışan “Benfika”nın baş məşqçisi Joze Mourinyo açılış oyununda Lissabon klubunun “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyuna bir daha toxunub.

Sport1.az “A Bola”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan çempionunun qələbəsi ilə bağlı bunları deyib:

“Hər xalın önəmli olduğu bir nöqtədəyik. Komandam ötən mövsüm Avropa Liqasında oynadığı üçün bu formatla tanışam. Amma bu, bir az qəribə formatdır, çünki oynamadığımız bir çox komandalar yoluna davam edə bilər. Öz taleyini idarə edə bilmirsən, ona görə də hər xal önəmlidir. Düşünmürəm ki, bu sözü desəm, məni səhv başa düşərlər. Amma “Benfika”nın təqviminə baxsaq, "Qarabağ"la görüşdə 3 xal qazansaydıq, bu, başlanğıc nöqtəsi ola bilərdi. Biz sonra növbəti matçda xal toplaya bilərdik, amma indi daha çətin vəziyyətdəyik”.

Qeyd edək ki, "Benfika" 2-ci tur çərçivəsində bu gün "Çelsi"nin qonağı olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR