son dəqiqə SON DƏQİQƏ
Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb

"Kayrat"ın baş məşqçisi "Real"la sabahkı oyundan danışdı

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 29-09-2025, 17:12

“Kayrat”ın (Qazaxıstan) baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasının 2-ci turunda Madird "Real"ı ilə keçiriləcək ev oyunu haqda danışıb.

Sport1.az xəbər verir ki, o, qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında deyib ki, "Real"la oyun Qazaxıstan futbolu üçün tarixi hadisədir:

"Biz böyük futbol bayramını səbirsizliklə gözləyirik. Bu, klub və Qazaxıstan üçün tarixi hadisədir. Hər kəs dünya səviyyəli ulduzları görməyi səbirsizliklə gözləyir. Üstəlik, "Real" ən yaxşı heyəti ilə gəlib. Biz özümüzü sınamağa can atırıq. Bu, bizə görə həm arzu, həm də sınaqdır",

Qazaxıstanlı mütəxəssis bildirib ki, rəqib nə qədər güclü olsa da, yaxşı oyun göstərmək istəyirlər: "Azarkeşlərin ümidlərini doğrultmağa çalışacağıq. Yaxşı çıxış etməliyik. Nəticə haqqında indi danışmaq istəmirəm. İlk növbədə, yaxşı performans göstərməliyik. Düşünürəm ki, belə vaxtlarda təkcə "Kayrat" azarkeşləri deyil, bütün Qazaxıstan bir araya gəlir. Biz bunu Çempionlar Liqasının təsnifat oyunlarında artıq hiss etdik. Qazaxıstanın hər yerindən dəstək var idi”.

Qeyd edək ki, "Kayrat" - "Real" oyunu sentyabrın 30-da Alma-Atada keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR