son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Azər Məmmədov: “Vacib qələbə qazandıq”

Bölmə adı Kəpəz
Yayımlandı Dünən, 21:47

Misli Premyer Liqasının III turunda baş tutan “Kəpəz” – “Turan Tovuz” (1:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis doğma azarkeşlər önündəki vacib qələbəni şərh edib:

”İlk növbədə şəhərimizə və Azərbaycanımıza belə bir stadionu ərsəyə gətirən hər bir kəsə təşəkkürümü bildirirəm. Yeni meydançamızda ilk oyunumuz idi və qələbə qazanmaq sevincimizi ikiqat artırdı. Möhtəşəm azarkeş dəstəyi var idi. Arzulayıram ki, ölkəmizdəki hər bir matçda belə tribunalar və azarkeş coşqusu olsun. Oyuna gəlincə, çox güclü rəqibə qarşı mübarizə aparırdıq. “Turan Tovuz”u analiz edəndə müdafiə xəttinin necə mütəşəkkil olduğunu görürdüm, lakin futbolçularıma təşəkkür edirəm, möhtəşəm performans göstərdilər. Matçın ilk 15–20 dəqiqəsində uşaqlar gərginlikdən bir az özlərini itirmişdilər, lakin sonradan oyunda tarazlığı bərpa edə bildik. Nəticədə çox ağır və vacib qələbə qazandıq”.

– İllər sonra Gəncədəki ilk oyunda gəncəli mütəxəssis əzəli rəqibi məğlub etdi. Bu, şəhərdə böyük bayram əhval-ruhiyyəsi yaradıb. Siz hansı hissləri keçirirsiniz?

– “Gəncədə gəncəli məşqçi işləməlidir” fikri ilə heç cür razılaşmıram. Bu, yanlış yanaşmadır. Azərbaycanın hər bir bölgəsindən olan və ya xarici mütəxəssis, kim layiqdirsə, o da işləməlidir. Keçmişə baxsaq, burada müxtəlif bölgələrdən olan məşqçilər uğurla çalışıblar. Bu gün mənə etimad göstərilibsə, mən buradayam. Azarkeşlərimiz həmişə qələbə istəyirlər və onlar buna layiqdirlər. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik.

– Bu stadionda sonuncu qələbə də illər öncə sizin rəhbərliyiniz altında “Neftçi” üzərində qazanılmışdı. Bu statistikadan xəbəriniz var idi?

– Xeyr, bundan xəbərim yox idi. “Neftçi” üzərindəki qələbənin də xoş xatirələri var, lakin bu gün qazanılan qələbə tam fərqli hisslər yaşadır. Həm yeni stadionun açılışı idi, həm də Qərb derbisində qələbə qazanmaq daha qürurvericidir.

– “Turan Tovuz”un müdafiəsini yarmaq çətin idi, amma bunun öhdəsindən gəldiniz. Növbəti rəqib “Şamaxı” ilə səfər matçında necə bir “Kəpəz” görəcəyik?

– “Şamaxı” ilə “Turan Tovuz” arasında oyun üslubu baxımından bənzərliklər var. Bu gün “Turan Tovuz”a qarşı taktikamızı tətbiq etdik. Sabahdan etibarən isə “Şamaxı”nın oyununu təhlil edəcəyik. Rəqibin zəif tərəflərini tapıb səfərdən də uğurlu nəticə ilə dönməyə çalışacağıq.

– Matçın ilk yarısında komanda öz oyununu tapmaqda çətinlik çəkirdi, lakin ikinci hissədə fərqli “Kəpəz” izlədik. Fasilədə nə dəyişdi? Həmçinin 6 sarı kart almagınız nə ilə bağlı idi?

– İlk dəqiqələrdə rəqibin gücünü və göstərdiyi təzyiqi nəzərə alsaq, futbolçuların gərginliyi normal idi. Fasilədə paltardəyişmə otağında tapşırıq verdim ki, müdafiəyə qapanmasınlar və irəli çıxsınlar. Uşaqlar da bu tapşırığı layiqincə yerinə yetirdilər. Sarı kartlara gəlincə, bunu sərt oyun kimi dəyərləndirməzdim. Bu, futbolçuların həddindən artıq motivasiyalı və istəkli olmasından irəli gəlirdi. Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim. Kartların bir neçəsi taktiki və mübarizə follarına görə idi. Futbol kontaktdan ibarətdirsə, xəbərdarlıqların olması da qaçınılmazdır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR