Azərbaycan Moldovaya qalib gəlib

Bölmə adı Milli
Yayımlandı 16-09-2025, 20:52

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Sport1.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Yığmanın digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

Müəllif: Sport1.az